Daha bir ölkə Qüdsdə səfirlik açdı

Daha bir ölkə Qüdsdə səfirlik açdı

Baxış sayı: 2. 335 dəfə baxılıb.

Mayın 16-da – ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

ÇıxışYolu.Com “İnterfax”a istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin baş naziri Binyamin Netanyahu və Qvatemala prezidenti Cimmi Morales iştirak ediblər. 

Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com