Daha bir peşəkar boksçu döyüşün qurbanı oldu

Baxış sayı: 2. 317 dəfə baxılıb.

Daha bir peşəkar boksçu döyüşün qurbanı oldu

Daha bir boksçu döyüşdən sonra ölüb.

REN TV xəbər verir ki, hadisə Argentinada olub.

23 yaşlı argentinalı idmançı Huqo Ulfredi Santliyan Uruqvay çempionu Eduard Xavier Abreu ilə döyüşdən sonra vəfat edib.

10 raund davam edən və heç-heçə ilə başa çatan döyüşdən sonra xəstəxanaya aparılan boksçunun beyninə qan sızdığı bəlli olub. Onu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə gün bundan qabaq rusiyalı boksçu Maksim Dadaşov ABŞ-da keçirdiyi döyüşdən sonra ölmüşdü.