Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Baxış sayı: 2. 366 dəfə baxılıb.

Katmanduda faciəvi təyyarə qəzası ekipaj üzvlərinin səhvi ucbatından baş verib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Katmandu beynəlxalq aeroportunun rəhbəri bəyanat verib.

Katmandu beynəlxalq hava limanı yaxınlığında “US Bangla” şirkətinə aid 78 oturacaqlı “Bombardier Dash 8 Q400” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.

14:54

Katmandu beynəlxalq hava limanında təyyarə qəzası zamanı 50 nəfər ölüb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 67 sərnişin və dörd ekipaj üzvü olub.

14:19

Katmandu beynəlxalq hava limanında qəzaya uğrayan US-Bangla aviaşirkətinin sərnişin təyyarəsinin göyərtəsində 67 nəfər olub.

ÇıxışYolu.Com-ın “Kathmandu Post”a istinadən məlumatına görə, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Daha 50 nəfərin taleyi barədə məlumat yoxdur.

13:51

US-Bangla aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalda Tribhuvana adına Katmandu beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb və alovlanıb.

Bildirilir ki, “Bombardier Dash 8 Q400”  tipli təyyarələr 67-dək sərnişin tutumuna malikdir.