Daha bir veteran idmançımız dünya çempionu oldu

Baxış sayı: 2. 124 dəfə baxılıb.

Daha bir veteran idmançımız dünya çempionu oldu

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir. 

ÇıxışYolu.Com xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.

Xatırladaq ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında dünya çempionu olub.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com