Hollandiyanın Qroninqen Universitetinin alimləri müəyyən ediblər ki, böyük miqdarda zülalın qəbulu ürək çatışmazlığı və vaxtsız ölüm riskini azaldır.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Times” nəşri məlumat yayıb.
Araşdırmalarda 11 Avropa ölkəsindən yaşı 68 olan 2281 nəfər iştirak edib. Həmin şəxslərin qəbul etdiyi zülalın həcmi sidik analizindən sonra müəyyən edilib. Mütəxəssislər iki il müddətində xəstələrin vəziyyətlərini müşahidə ediblər.
21 aydan sonra cüzi miqdarda – gündəlik 40 qramdan az zülal qəbul edən insanların 31 faizi ölüb. Gündəlik 70 qramdan çox zülal qəbul edənlərdən isə 18 faizi vəfat edib.
70 yaşdan yuxarı insanların çoxu qan dövranı sisteminin pozulmasından əziyyət çəkir.
Məlumdur ki, zülalı çox olan qidalar əzələ kütləsinin toplanmasına kömək edir və ürəyi uzun müddət sağlam saxlayır.