Daha dörd stansiya üçün milli musiqilər seçilib

Daha dörd stansiya üçün milli musiqilər seçilib

Baxış sayı: 2. 554 dəfə baxılıb.

“Bakı metropoliteni”nin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir. 

“Bakı Metpoliteni”ndən ÇıxışYolu.Com-a verilən məlumata görə, “Cəfər Cabbarlı”, “Xətai”, həmçinin yerüstü “Bakmil”, eləcə də, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi.

Artıq  yerüstü “Bakmil” stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.

“Avtovağzal” stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamından, “Memar Əcəmi” stansiyasında isə Rauf Hacıyevin “Əhməd haradadır” filmində səsləndirilən məşhur “Leyla” mahnısından fraqmentlər qatarlarda səsləndirilir.

“Cəfər Cabbarlı” və “Xətai” stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. “1001 gecə” baletindən fraqment “Xətai”yə, “Azərbaycan kapriççosu”ndan bir parça isə “Cəfər Cabbarlı”ya daxil olan qatarlarda eşidilir.

Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir.

.
www.ÇıxışYolu.Com