cbe05b6d-8fbb-4abc-b967-6c46eafd3807..jpg

Daha üç boksçumuz Avropa Kubokunda mərhələ adlayıb

Baxış sayı: 683 dəfə baxılıb.

Daha üç boksçumuz Avropa Kubokunda mərhələ adlayıb

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa Kuboku davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 29 ölkədən 156
idmançının qatıldığı yarışın ikinci günündə millimizin üç üzvü rinqə çıxıb.

Tayfur Əliyev (60 kq) ilk döyüşünü qələbə ilə başa vurub. 1/8 final
çərçivəsində Cuzeppe Kanoniko (İtaliya) ilə qarşılaşan Avropa Oyunlarının
mükafatçısı inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O,
növbəti döyüşünə oktyabrın 12-də çıxacaq. Əliyevin rəqibi Rusiyanı təmsil edən
Arşak Tovmasyan olacaq.

Tayfurun qardaşı Sərxan Əliyev də Avropa kubokuna qələbə ilə start verib. 71
kq çəkidə rinqə çıxan boksçu Beynəlxalq Boks Federasiyasının bayrağı altında
yarışan Toni Cası 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub
edib. Əliyev 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək. Döyüş
oktyabrın 12-də olacaq.

63,5 kq-da Malik Həsənov da mərhələ adlayıb. O, 1/8 final mərhələsində
Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdırıb. Boksçumuz 5:0 (30:27,
30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Həsənov ikinci döyüşündə
fransalı Lounes Hamraouini sınağa çəkəcək. Qarşılaşma oktyabrın 11-də olacaq.

Xatırladaq ki, daha əvvəl Şamil Əskərov Avropa kubokuna qələbə ilə başlayıb.

Qeyd edək ki, Avropa kubokunun üçüncü günündə millimizin daha iki boksçusu
mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) Cianis Salotski (Belarus) ilə,
Nəbi İsgəndərov (67 kq) Adrian Krusla (İspaniya) gücünü yoxlayacaqlar.

Source link