Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatında ikinci gün keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.
İdmançılarımızdan daha ikisi finala vəsiqə qazanıb. Bunlar Murad Məmmədovla Rəsul Çunayevdir. Sabah keçiriləcək final görüşlərində hər iki güləşçimizin rəqibi meydan sahibi Rusiya idmançılarıdır. Muradın rəqibi Sergey Emelin, Rəsulunku isə Adam Kurakdır. Rafiq Hüseynov isə bürünc medal uğrunda güləşəcək.
60 kq
1/4 final
Murad Məmmədov – Mixail Kajarski (Belarus) 3:0
1/2 final
Murad Məmmədov – Yakopo Sandron (İtaliya) 9:0
67 kq
1/8 final
Elman Muxtarov – Artyom Surkov (Rusiya) 0:9
72 kq
Təsnifat mərhələsi
Rəsul Çunayev – Murat Dağ (Türkiyə) 4:1
1/8 final
Rəsul Çunayev – Yuri Konkov (Belarus) tuşe
1/4 final
Rəsul Çunayev – Daniel Kataraqa (Moldova) 3:2
1/2 final
Rəsul Çunayev – Yuri Lomadze (Gürcüstan) 7:3
82 kq
1/8 final
Rafiq Hüseynov – Zurab Datunaşvili (Gürcüstan) 4:3
1/4 final
Rafiq Hüseynov – Jarko Ditskov (Serbiya) 3:1
1/2 final
Rafiq Hüseynov – Viktor Sosnovski (Belarus) 0:9
97 kq
1/8 final
Orxan Nuriyev – Tamaş Soos (Slovakiya) 8:0
1/4 final
Orxan Nuriyev – Mixeil Kacaya (Serbiya) 1:3
Qeyd edək ki, bu gün üç idmançımız medal qazana bilər. Eldəniz Əzizli finalda, Elvin Mürsəliyevlə İslam Abbasov isə bürünc medal uğrunda mübarizə aparacaq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com