Daha üç nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Daha üç nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Baxış sayı: 8. 623 dəfə baxılıb.

Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı daha üç namizəd qeydə alınıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

MSK onların hər üçünün namizədliyini qeydə alıb.

Qeyd edək ki, bundan əvvəl MSK Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb.

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.  

www.ÇıxışYolu.Com