Bu gün daha üç prezidentliyə namizədə namizədlik vəsiqəsi təqdim edilib.
ÇıxışYolu.Com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevə namizədlik vəsiqələrini təqdim edib.
Bundan əvvəl isə namizədlik vəsiqələri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadəyə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində səkkiz nəfərin namizədliyi qeydə alınıb.
Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com