Damla səkkiz bölgədə konsert verəcək

Damla səkkiz bölgədə konsert verəcək

Baxış sayı: 2. 654 dəfə baxılıb.

Müğənni Damla ölkə turuna çıxmağa hazırlaşır.

ÇıxışYolu.Com xəbər verir ki, ifaçı öncə 27 may tarixində restoranların birində fanatlarla görüşəcək. 

O, daha sonra ölkə turuna çıxacaq. Belə ki, sənətçi 15 iyun Qusarda, 18 iyun Mingəçevirdə, 30 iyun Sumqayıtda, 10 iyul Yaşıl teatrda sevənləri ilə görüşəcək. 

Yaxın günlərdə daha dörd konsert veriləcək bölgələrin adı da açıqlanacaq.

Qeyd edək ki, artıq konsertlər üçün musiqiçilərlə birgə məşqlərə başlanılıb. Müğənni məzunlara aid “11 il” adlı yeni mahnısını da təqdim etməyə hazırlaşır.

www.ÇıxışYolu.Com