fa386336-7a65-446d-b1ea-b3174165a0be..jpg

Daniel Pomier Vinçelli: “Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib”

Baxış sayı: 2. 566 dəfə baxılıb.

Daniel Pomier Vinçelli: “Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas
edib”

“Rusiyaya qarşı sanksiyalar üzündən yaranan qlobal enerji böhranı zamanı
Azərbaycan İtaliyanı təbii qaz çatışmazlığından xilas edib”.

Bunu “Report”a açıqlamasında Romada fəaliyyət göstərən Sapienza
Universitetinin professoru Daniel Pomier Vinçelli deyib.

“2022-ci ilin dekabrına olan məlumata görə, Rusiyadan tədarükün kəskin
azaldığı həmin il Azərbaycan təbii qazının İtaliyaya idxalı 2021-ci ilin
dekabrı ilə müqayisədə düz iki dəfə artıb. Təbii ki, təkcə Azərbaycan bizi mavi
yanacaqla təmin etmir. Bu məsələdə Əlcəzair də vacib rol oynayır. Biz bir neçə
ildən sonra Rusiya asılılığından tamamilə qurtulmağa imkan verəcək strategiya
üzərində işləyirik və Azərbaycan bu istiqamətdə mühüm amildir”, – o vurğulayıb.

2018-ci ildə İtaliyada keçirilən seçkilərdən sonra qaz kəmərinin İtaliya
seqmentinin tikintisi layihəsinin pozulması təhlükəsinə baxmayaraq, Cənub Qaz
Dəhlizinin (CQD) 2020-ci ilin dekabr ayından istifadəyə verildiyini nəzərə
alaraq, İtaliya, Avropa İttifaqı, özəl investorlar və Azərbaycanın geosiyasi və
iqtisadi möcüzə yaratdığını söyləmək olar.

O, həmçinin qeyd edib ki, ölkələr enerji sektoru ilə yanaşı, beynəlxalq
təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər:

“İnanırıq ki, Azərbaycanın NATO və Aİ ilə yaxşı, güclü əlaqələri regionda daha
böyük sabitlik üçün çox vacibdir. İqtisadi üstünlüyü nəzərə alsaq, heç kimə
sirr deyil ki, Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan
Cənubi Qafqazda ən nüfuzlu dövlətə çevriləcək. Beləliklə, ölkənin beynəlxalq
təşkilatlarda fəal iştirakı, NATO və Aİ ilə çoxtərəfli əlaqələrini
gücləndirməsi hamıya faydalı olacaq”.

Professorun sözlərinə görə, 2022-ci ilin ən mühüm nailiyyətlərindən biri
İtaliyanın da iştirak etdiyi Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılmasında Aİ-nin vasitəçilik roludur.

Source link