90bcf9fc-d9ff-4575-b0f0-fa847b8712bb..jpg

Danimarka rusiyalı nazir müavinini ölkəyə buraxmadı

Baxış sayı: 555 dəfə baxılıb.

Danimarka rusiyalı nazir müavinini ölkəyə buraxmadı

Danimarka hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iclasına gedən
Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.

Bu barədə Rusiyanın Kopenhagendəki səfirliyi özünün “Telegram” kanalında
məlumat yayıb.

Nümayəndəlikdən verilən məlumata görə, 12-14 sentyabr tarixlərində
Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir və bu toplantıda Salaqay da
iştirak etməli idi.

“Lakin Kastrup hava limanında ona Danimarkaya giriş qadağan edilib”, –
səfirlikdən bildirilib.

Source link