Danimarka sahillərində yüzlərlə insan qasırğa nəticəsində zədələnmiş laynerdə
qalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Danimarka sahillərində qasırğa nəticəsində Norveçə məxsus zədələnmiş “MS Maud”
kruiz laynerində 400 nəfər qalıb.
“Gəmidən həyəcan siqnalı daxil olub. Laynerin nəhəng dalğa ilə toqquşmasından
sonra bizə elektrik enerjisinin kəsilməsi barədə məlumat verilib”, – deyə
laynerin məxsus olduğu “Hurtigruten” şirkətindən bildirilib.
Hazırda gəmidə 266 sərnişin və 131 ekipaj üzvü var.
“Marine Traffic” xəritəsində onların laynerə yaxınlaşan iki gəmi tərəfindən
evakuasiya edildiyi görünür.
Mənbə: ren.tv