Danimarka universitetinin kitabxanasında güclü zəhərlə örtülmüş kitablar tapılıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Alimlər XVI – XVII əsrlərə aid kitablarla maraqlandıqda, onlardan bəzi fraqmentləri oxuya bilməyiblər. Tədqiqatlar zamanı aydın olub ki, buna səbəb kitabların üzərini örtmüş yaşıl rəngli boya olub.
Araşdırma göstərib ki, bu, adi boya deyil, təhlükəli zəhərdir. Hazırda kitablar xüsusi şkaflara yerləşdirilib. Kitabların tərkibi skan edilib ki, alimlər onlarla təmasda olmasın.
İlkin ehtimala görə, bu maddə kitabları həşərat və gəmiricilərdən qorumaq üçün edilib.