Danimarkada niqab və pərəncə qadağan edildi

Danimarkada niqab və pərəncə qadağan edildi

Baxış sayı: 1. 736 dəfə baxılıb.

Danimarka parlamenti niqab və pərəncənin qadağan edilməsi ilə bağlı qərar qəbul edib. 

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 70, əleyhinə 30 deputat səs verib.

Qanun layihəsi avqustun 1-də qüvvəyə minəcək və bu qadağanı pozanlar isə min kron cərimə olunacaq. Dörd dəfədən çox qadağanı pozanlar isə 10 min kron cərimə ödəyəcək. 

Danimarka ədliyyə naziri Serena Pape Poulsenanın sözlərinə görə, polis qadınları niqab və pərəncəni soyunmağa məcbur etməyəcək. Qadağanı pozanlar cərimə olunacaq və evə buraxılacaq. 

www.ÇıxışYolu.Com