Danimarkanın Horsholm şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin ticarət mərkəzlərindən birində niqab taxmış qadına ölkədə ilk dəfə cərimə yazıblar, ÇıxışYolu.Com Gazeta.ru-ya istinadən xəbər verir.
Polislər iki qadın arasında baş vermiş davaya görə ticarət mərkəzinə gəliblər. Dava edən iki qadından birinin digərinin üzündəki niqabı çıxarmağa çalışdığı bildirilir.
Polis nümayəndələrinin sözlərinə görə, dava zamanı onlardan birinin üzündəki niqab düşüb, lakin polis gələn vaxta qadın yenidən niqabı taxıb.
Polisin baş geyimini çıxarmaq təklifini rədd edən qadın 134 avro cərimələnib.
Qeyd edək ki, avqustun 1-dən Danimarkada ictimai yerlərdə üzü bağlayan baş geyimlərinə qadağa qoyulub.