Danimarkada Quranın yandırılmasını qadağan edən qanun qəbul edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 7-də Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən
və bununla da Quranın yandırılmasına icazə verməyən qanun qəbul edib.
Sənədi parlamentdə 94 deputat dəstəkləyib, 77 millət vəkili isə onun əleyhinə
çıxıb.
Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard
ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən hökumət qanun
layihəsinin tezliklə təqdim ediləcəyini açıqlamışdı.
Mənbə: news.co.il