Futbol üzrə Danimarka yığmasının oyunçuları müdafiəçi Yonas Knudsenə şəxsi təyyarə tutublar.
ÇıxışYolu.Com xəbər verir ki, 25 yaşlı futbolçu dünya çempionatı ilə əlaqədar Rusiyada olduğu müddətdə qızı dünyaya gəlib.
Danimarka Futbol İttifaqı müdafiəçini buna görə vətənə göndərməyəcəyini bildirib. Belə olan halda komanda özü onun evə yollanması üçün şəxsi reyslə getməsinə şərait yaradıb. Onlar bu şəxsi reysin pulunu ödəyiblər.
Millinin qapıçısı Kasper Şmeyxel bildirib ki, komandada valideynlər çoxdur və onlar ailədən kənarda övladının dünyaya gəlməsi xəbərini eşitməyin nə qədər ağır olduğunu bilirlər.
Qeyd edək ki, Yonas Knudsen artıq Rusiyaya bazar ertəsi – iyunun 18-də qayıdıb. O, bu gün Danimarkanın Avstraliya ilə oyununda meydana çıxa bilər.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com