UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində millimizin qonağı olacaq Farer Adalarının start heyəti açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, danimarkalı baş məşqçi Lars Olsen 4-5-1 taktiki sxemindən istifadə edəcək.
Heyət belə olacaq:
Qunar Nilsen (FH, İslandiya) – Odmar Fərö (B36), Atli Qreqersen (“Vikinqur”), Soni Raqnar Natestad (“Horsens”, Danimarka), Vilyormur Davidsen (“Velye”, Danimarka) – Qili Rolantson (“Bran”, Norveç), Halur Hanson (“Horsens”, Danimarka), Roqvi Baldvinson (“Brüne”, Norveç), Sölvi Vatnhamar (“Vikinqur”), Brandur Hendrikson Olsen (FH, İslandiya) – Kləmint Olsen (NSİ).
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları görüşü noyabrın 17-də keçiriləcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com