2904d716-c97c-4b79-8247-c1ce75ac94f2..jpg

Dardanel boğazında yük gəmisi yandı: Hərəkət dayandırıldı – FOTO/VİDEO

Baxış sayı: 646 dəfə baxılıb.

Dardanel boğazında yük gəmisi yandı: Hərəkət dayandırıldı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Barbados bayrağı altında üzən “Ak Discovery” yük gəmisində Dardanel boğazından
keçərkən yanğın baş verib.

Türkiyə Sahil Mühafizəsi üzrə Baş İdarəsinin “X” hesabında verdiyi məlumata
görə, boğazdan keçən nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq
bağlanıb.

“Dardanel boğazı ərazisində Misirdən Bolqarıstana doğru hərəkət edən 107
metrlik “Ak Discovery” yük gəmisinin maşın bölməsində yanğınla bağlı həyəcan
siqnalı daxil olub. Gəminin olduğu yerə xilasetmə katerləri göndərilib və
yanğının söndürülməsinə başlanılıb. Boğaz hər iki istiqamətdə müvəqqəti olaraq
bağlanıb”, – deyə idarədən bildirilib.

Yük gəmisinin ekipajının təxliyə edildiyi qeyd edilir.

Məlumata görə, bir nəfər yaralanıb.

Mənbə: TRT

Source link