5027d330-c524-45b4-9d6c-ad33cf945211..jpg

Daşınmaz Əmlakın Dövlət Reyestrinə salınmayan qanunsuz tikili barədə qanunla qərar verilə bilər? – AÇIQLAMA

Baxış sayı: 675 dəfə baxılıb.

Daşınmaz Əmlakın Dövlət Reyestrinə salınmayan qanunsuz tikili barədə qanunla
qərar verilə bilər? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarşılaşdığımız suallardan biri də nikah dövründə özbaşına inşa edilən hər
hansı tikilinin aqibəti ilə bağlı olur. Bu gün ölkədə 100 minlərlə özbaşına
tikili var. Əgər nəzərdə tutulan tikilidə hər iki tərəfin yaşaması mümkündürsə,
yaşayacaqlar. Yox, tərəflərdən biri digərinə mane olacaqsa, köçürülmə ilə bağlı
iddia qaldırılarsa, məhkəmə bu iddianı təmin edəcək”.

Bu barədə Cixisyolu.com-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin
tətbiqi təcrübəsi haqqında” təqdim edilən və qəbul edilən plenum qərar
layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.

O bildirib ki, əgər obyektiv hər hansı səbəbdən tərəflərin birgə yaşaması
mümkün deyilsə, yaşaması mümkün olmayan şəxs birgə nikah dövründə tikiliyə sərf
edilən xərcin yarısını tələb edə bilər:

“Bu, məhkəmə praktikasında da olmuş prosesdir. Bu qayda sözügedən əmlak
Daşınmaz Əmlakın Dövlət Reyestrində olmasa da, keçərlidir. Lakin belə məhkəmə
qərarları heç bir halda həmin əmlaka hüququ tanıyan və ya əmlakın qeydə
alınmasını əsas verən qərar hesab edilməyəcək. Sadəcə olaraq bu, ər-arvad
arasında əmlak bölgüsünü və mübahisəli məsələləri həll edən addım olacaq. Bu
gün ölkədə özbaşına inşa edən tikililərə vəsait sərf edilir, insanlar yaşayır.
Məhkəmənin bu qədər geniş yayılmış fakta qanuni olmadığı üçün tənzimləmirəm,
qiymət vermirəm deməsi həyat təcrübəsinə uyğun olmazdı deyə, bu məqam da plenum
qərarında nəzərə alınıb”.

Könül Cəfərli

Source link