4bf94156-5592-4938-b475-defee8d236dc..jpg

Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb – VİDEO

Baxış sayı: 528 dəfə baxılıb.

Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 25-də Qazaxıstanda fəaliyyət göstərən azərbaycanəsilli hip-hop
ifaçısı, repçi Jah Khalibin (Bəxtiyar Məmmədov) Daşkənddəki Humo Arena
sarayında konserti baş tutub.

Lakin konsertdən əvvəl tədbir məkanı qarşısında izdiham və ciddi narazılıq
yaranıb.

Bəzi məlumatlara görə, konsert üçün ifaçının pərəstişkarlarına saxta biletlər
satılıb və həmin biletlərlə arenaya gələnlər zala daxil ola bilməyiblər.

Baş verən insidentin qarşısı Milli Qvardiya tərəfindən alınıb. İctimai asayişi
pozmaqda şübhəli bilinən vətəndaşlar zabitlər tərəfindən hadisə yerindən
təhlükəsiz zonaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Biildirilir ki, insident nəticəsində ölən
və yaralananlar olmayıb.

Mənbə: kun.uz

Source link