Daşkənddə sərnişinin mədəsində “qızıl mədəni” aşkarlandı

Baxış sayı: 2. 595 dəfə baxılıb.

Daşkənddə sərnişinin mədəsində “qızıl mədəni” aşkarlandı

Daşkənd hava limanında saxlanılan sərnişinin mədəsində 100 qram qızıl aşkarlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, məlumatı Özbəkistanın Gömrük Komitəsi yayıb.

“Şəxsi baxış və tibbi prosedurların həyata keçirilməsi nəticəsində sərnişinin kürə formasında, ümumi çəkisi 100 qram təşkil edən 7 qızıl külçəni udduğu müəyyənləşib”, – məlumatda deyilir.

“Yaşıl dəhliz”dən keçən Özbəkistan vətəndaşı Hindistana yollanırmış. Lakin onun davranışı gömrük əməkdaşlarında şübhə doğurub.

Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

www.ÇıxışYolu.Com