8f8b8ab9-c5d3-4560-82f6-a6517dd8f074.jpg

Daşkəsəndə arvadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Baxış sayı: 263 dəfə baxılıb.

Bu il iyunun 24-də Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Atlas
Ocaqverdiyevanın öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi
üzrə istintaq tamamlanıb.

Bu barədə “Report”a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Teymur
Ocaqverdiyevin Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evində
heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz
vəziyyətdə olan arvadı Atlas Ocaqverdiyevaya balta ilə çoxsaylı xəsarət
yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Teymur Ocaqverdiyevə Cinayət Məcəlləsinin 120.2.2,
120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq
niyyəti ilə öldürmə) maddələri ilə yekun ittiham elan edilərək barəsində
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Source link