Daşkəsəndə həmkəndlisini qətlə yetirən şəxs meşədə tutulub

Daşkəsəndə həmkəndlisini qətlə yetirən şəxs meşədə tutulub

Baxış sayı: 3. 290 dəfə baxılıb.

Daşkəsəndə həmkəndlisini qətlə yetirən şəxs meşədə tutulub

Daşkəsən rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılovun evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.   

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb.

www.ÇıxışYolu.Com