Daşkəsəndə kişi kürəyindən bıçaqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binalardan birinin
qarşısında qeydə alınıb.
1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə
xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Məmmədov tanışları ilə dava zamanı bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.