81ac4bf3-b987-4fe0-b476-17550bd5b0c7..jpg

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb – FOTO

Baxış sayı: 2. 235 dəfə baxılıb.

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb – FOTO

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan məlumat verilib.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya
və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz
kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət
tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür
quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayonun Astaf kənd sakinləri Elşən Həsənov
və Məhəmməd Orucov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində
qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

Source link