63894d06-81a2-4c57-949a-7e5415d2bde5..jpg

Daşkəsəndə silah-sursat aşkarlanıb

Baxış sayı: 429 dəfə baxılıb.

Daşkəsəndə silah-sursat aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun “köhnə hamam” adlanan ərazisində
silah-sursat olması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata
keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan bir ədəd “İj” markalı, 32
kalibrli ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı
araşdırmalar davam etdirilir.

Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ağackəsmə
hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində
rayonun Quşçu kənd sakinin bir ədəd yaş ağacı kəsməsini müəyyən edib. Şəxs
barəsində müvafiq protokol tərtib olunaraq aidiyyəti qurumlarla yönləndirilib

Source link