8cf077d5-6c0a-4700-ad65-c655f4d1f114..jpg

Dava zamanı qətl törədən şəxslərlə bağlı qərar çıxarıldı

Baxış sayı: 607 dəfə baxılıb.

Dava zamanı qətl törədən şəxslərlə bağlı qərar çıxarıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Apellyasiya Məhkəməsində Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal
Əhmədov və Anar Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə
məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əhmədov 17, Anar Tağıyev 16
il müddətində azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2022-ci ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu
kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Nizami Əli oğlu
Vəliyev bıçaqlanaraq qətlə yetirilib. 1987-ci il təvəllüdlü Anar Mammed oğlu
Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Xəqani oğlu Əhmədov isə bıçaq xəsarəti ilə
xəstəxanaya yerləşdiriliblər.

Hadisənin təfərrüatına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Anar
Tağıyev və 1983-cü il təvəllüdlü Vüsal Əhmədovla mübahisəsi düşüb. Mübahisəyə
35 yaşlı Nizami Vəliyev də qarışıb. İlkin məlumata görə, N.Vəliyev digər
şəxslərə nalayiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava
düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə səkkiz bıçaq zərbəsi vurub.
Sonuncu hadisə yerində dünyasını dəyişib. Vüsal Əhmədov və Anar Tağıyev də
bıçaq xəsarətləri alıblar. Daha sonra V.Əhmədovla A.Tağıyev istintaqa cəlb
ediliblər.

Source link