f2801e61-5d8a-4982-b8c6-ab7d369d4d1f..jpg

David Çikvaidze: “Heydər Əliyev Azərbaycanı böhrandan çıxardı” – FOTO

Baxış sayı: 984 dəfə baxılıb.

David Çikvaidze: “Heydər Əliyev Azərbaycanı böhrandan çıxardı” – FOTO

“Müasir Azərbaycanın qurucusu Heydər Əliyev ölkəni postsovet məkanının bərbad
və böhran vəziyyətindən müvəffəqiyyətlə çıxararaq, ən uğurla inkişaf edən
ölkələrdən birinə çevirdi”.

Bu barədə BMT-nin Cenevrə ofisinin baş direktoru, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin (NGBM) üzvü David Çikvaidze “Trend” BİA və NGBM-in birgə layihəsi
olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

“Qurucu” termini həmçinin Corc Vaşinqton, Bencamin Franklin, Tomas Cefferson,
Con Adams, Aleksandr Hamilton kimi yaşayan, çiçəklənən və hər onillik keçdikcə
inkişaf yolunda daha böyük irəliləyiş nümayiş etdirən bir ölkəni yaradan
şəxslərlə assosiasiya olunur. Daha sonrakı dövrlərdə Mustafa Kamal Atatürk və
Konrad Adenauer öz dövlətlərinin baniləri olublar. SSRİ-nin parçalanması ilə
dünya arenasında on beş yeni ölkə meydana gəldi və onların hamısının qurucu
liderə ehtiyacı var idi. Azərbaycan çox az ölkələrdən biridir ki, postsovet
ölkəsinin əsl qurucu atası olduğunu sübut edə bildi”, – Çikvaidze deyib.

Onun sözlərinə görə, Heydər Əliyev dövlət qurucusu olaraq öz fəaliyyətinin və
ölkəsinin gələcəyinin uzunmüddətli perspektivdə bacarıqlı, davamlı və uğurlu
idarəetmə ilə möhkəmlənməsinin qayğısına qalıb.

D.Çikvaidze Azərbaycana ilk dəfə 1994-cü ilin dekabrında BMT nümayəndə
heyətinin tərkibində ölkənin çətin vaxtlarında humanitar ehtiyaclarının
müzakirəsi üçün səfər etdiyini xatırlayır.

“Nümayəndə heyəti ölkəsini xilas etmək və onu SSRİ-nin süqutundan sonra
düşdüyü dərin böhrandan çıxarmaq üçün yenicə hakimiyyətə qayıtmış Prezident
Heydər Əliyev tərəfindən qəbul olundu. Heydər Əliyev BMT nümayəndə heyətinin
hər bir üzvünü şəxsən salamladı. O, ölkədəki vəziyyəti dərindən təhlil edərək
yaranmış vəziyyətin Cənubi Qafqaza və bütün Avrasiyaya təsirindən bəhs etdi və
bu bizi çox mütəəssir etdi. Biz bilirdik ki, o adi bir siyasətçi deyil, müasir
tarixin mühüm bir simasıdır. O mənim karyeram boyu tanıdığım ən güclü siyasi
liderlərdən biri idi. Heydər Əliyev Qafqazda sülhün təminatını özünün əsas
öhdəliyi hesab edir və heç vaxt bunu vurğulamaqdan yorulmurdu. “Sülhə nail
olmaq asan olmayacaq, lakin sağlam düşüncə qalib gələcək. Qafqaz dinc
olmalıdır, Qafqaz təhlükəsiz olmalıdır, Qafqaz sülh, xeyirxahlıq və mehriban
qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq regionu olmalıdır”, – Heydər Əliyev
1996-cı ildə Gürcüstana dövlət səfərində bunu vurğulayıb”, – D.Çikvaidze əlavə
edib.

D.Çikvaidzenin dediyi kimi, Heydər Əliyevin qurduğu dövlətin əsasları Prezident
İlham Əliyevin rəhbərliyi altında dayanmadan möhkəmlənməyə davam edir.

“Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan enerji, siyasət
sahələrində aparıcı dövlətə çevrilib, öz ərazi bütövlüyünü bərpa edib. Bu gün
Azərbaycan dünya arenasında ciddi, inkişaf edən mühüm regional iştirakçı
olmaqla bütün dünyada hörmətə malikdir. Azərbaycan həmçinin BMT-nin fəal və
konstruktiv üzvüdür”, – o sonda deyib.

Source link