Daxili işlər orqanlarında yeni təyinatlar olub.
ÇıxışYolu.Com-ın Report-a istinadən xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Onun yerinə Sabunçu RPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikmət Vəliyev təyin edilib.
Nərimanov RPİ-nin müstəntiqi, polis kapitanı Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub.