017448da-7a23-4273-b3fa-cdae18900fa4..jpg

Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının maaşlarının artırılması ilə bağlı QƏRAR

Baxış sayı: 616 dəfə baxılıb.

Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının maaşlarının artırılması
ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş
İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması
ilə bağlıQərar

imzalayıb.

Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr
tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi
qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada
verilir.

Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin
maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində
müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləği məxfi
olduğu üçün açıqlanmır.

Source link