Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
15-16 noyabr tarixlərində Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dayanıqlı İnkişafa dair II Bakı Forumunda DİM-lərin
maliyyələşdirilməsi, bu prosesə özəl sektorun və xarici ivestisiyaların cəlb
edilməsi ilə bağlı müzakirələr aparılacaq.
“Dayanıqlı maliyyə və investisiya” mövzusuna həsr olunacaq forumun
keçirilməsində məqsəd Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək
gündəliyinin icrası istiqamətində region ölkələri, eləcə də beynəlxalq
təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə DİM-lərin maliyyələşdirilməsi, bu prosesə özəl sektorun və xarici
investisiyaların cəlb edilməsi ilə bağlı müzakirələr aparılacaq.
Forum çərçivəsində DİM-lərin icrası istiqamətində maliyyə mexanizmlərinin
yenidən qurulması, investisiyaların cəlbi, rəqəmsallaşma vasitəsilə
rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, “yaşıl” inkişaf və digər
mövzularda sessiyalar, dəyirmi masalar təşkil olunacaq.
Forumun yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunacaq.
Dayanıqlı İnkişafa dair II Bakı Forumunda Avropa, MDB ölkələrinin yüksək
vəzifəli şəxsləri, BMT-nin, beynəlxalq maliyyə və regional təşkilatların,
dövlət qurumlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri,
ekspertlər iştirak edəcəklər.