5a9a24f3-810d-46aa-ba3b-faf73e5910b1.jpg

Dayısının qatilini 29 il sonra öldürdü – HÖKM

Baxış sayı: 163 dəfə baxılıb.

Naxçıvanda dayısının qatilini öldürməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər
Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə o, 17 il
müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Ordubadın Unus kəndində qeydə alınıb. İttihama
görə, 1974-cü il təvəllüdlü İbrahim Əsədulla oğlu Tağıyev bıçaqla qətlə
yetirilib. Onun qətlində həmkəndlisi, 1976-cı il təvəllüdlü Bəxtiyar Sərdar
oğlu Rəsulov təqsirli bilinib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, İbrahim Tağıyev 1995-ci ildə Bəxtiyar
Rəsulovun dayısını münaqişə zəminində qətlə yetirib. İbrahim Tağıyev azadlığa
çıxdıqdan sonra Türkiyəyə köçüb, uzun müddət orada yaşayıb. O, bu il kəndə
qayıdanda təsadüfən Bəxtiyar Rəsulovla qarşılaşıb. İbrahim Tağıyevi kənddə
görən təqsirləndirilən şəxs illər əvvəl öldürülən dayısının qisasını almaq
fikrinə düşüb.

Bəxtiyar Rəsulov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya
ümumi təhlükəli üsulla qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.

Source link