DÇ-2018: Bu gün son iki yarımfinalçı məlum olacaq

Baxış sayı: 2. 668 dəfə baxılıb.

DÇ-2018: Bu gün son iki yarımfinalçı məlum olacaq

Bu gün Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının son iki yarımfinalçısı məlum olacaq.

ÇıxışYolu.Com-ın xəbərinə görə, dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.

İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.

Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq.

Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com