Rusiyada keçirilən futbol üzrə dünya çempionatında (DÇ) ilk sensasiya qeydə alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, F qrupunun ilk görüşündə son dünya çempionları olan Almaniya Meksika ilə qarşılaşıb.
Gözlənilənlərin əksinə olaraq, Meksikanın üstün olduğu görüşdə şimali amerikalılar qələbə qazanıb. 35-ci dəqiqədə İrvinq Losanonun vurduğu qol yeganə olub – 1:0.
Qeyd edək ki, bu qrupun digər görüşündə sabah İsveçlə Cənubi Koreya milliləri üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com