Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına həkimin resepti olduğu halda stadionlara narkotik və psixotrop maddələr keçirməyə icazə veriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurum Rusiya-2018 təşkilat komitəsi ilə birgə stadionlara insanların qadağan edilmiş maddələrlə girişi ilə bağlı qaydaları müəyyənləşdirib.
Qeyd edilir ki, həkim resepti həm rus, həm də ingilis dilində ola bilər.