Beynəlxalq Futbol Federasiyası (FİFA) 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında hakimlərə video kömək sisteminin (VAR) istifadəsini təsdiqləyib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, müvafiq qərar təşkilatın Boqotada keçirdiyi iclasda qəbul olunub.
Martın 3-də oyun qaydalarının dəyişidirilməsinə cavabdeh olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) VAR sisteminin daimi istifadəsini dəstəkləyib.