Fransa millsinin müdafiəçisi Benjamen Pavarın futbol üzrə 2018-ci il dünya çempionatının 1/8 final mərhələsində Argentina komandasının qapısına vurduğu qol turnirin ən yaxşı qolu seçilib.
Bu barədə ÇıxışYolu.Com TASS-a istinadla xəbər verir.
Fransalı futbolçu komandası hesabda 1:2 geridə olduqda 57-ci dəqiqədə tarazlığı bərpa edib. Görüş isə fransalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, dünya çempionatı bu il Rusiyada iyunun 14-dən iyulun 15-nə kimi baş tutub.