DÇ-2018: Millimiz Olimpiya çempionlarına uduzdu – FOTO

Baxış sayı: 2. 525 dəfə baxılıb.

DÇ-2018: Millimiz Olimpiya çempionlarına uduzdu – FOTO

Yaponiyada keçirilən voleybol üzrə dünya çempionatında qadın millimiz növbəti məğlubiyyətini yaşayıb.

ÇıxışYolu.Com xəbər verir ki, komandamız bu dəfə son Olimpiya çempionu Çinlə qarşılaşıb və gözlənildiyi kimi uduzub – 0:3 (17:25, 16:25, 17:25).

Qrupun digər görüşündə Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, komandamız qrupunda altı xalla sonuncu sıradadır. Millimiz növbəti oyununu oktyabrın 10-da Türkiyəyə qarşı keçirəcək. Bu görüş Bakı vaxtı ilə saat 05:40-da start götürəcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com