03b4afec-7f3d-4e20-a3cf-ef535b05caa2..jpg

DÇ-2024: Azərbaycan millisi Qazaxıstanın qonağı olacaq

Baxış sayı: 693 dəfə baxılıb.

DÇ-2024: Azərbaycan millisi Qazaxıstanın qonağı olacaq

Futzal üzrə Azərbaycan millisi 2024-cü ildə keçiriləcək dünya çempionatının
(DÇ-2024) elit mərhələsində növbəti oyununa çıxacaq.

Cixisyolu.com xəbər verir ki, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla
qarşılaşacaq.

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri
bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq
qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı
hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

Hazırda Qazaxıstan doqquz xalla qrupda liderlik edir. Yığmamız 3 xalla üçüncü
pillədə qərarlaşıb.

Source link