Akira Nicino Yaponiyanın futbol üzrə yığma komandasının baş məşqçisi postunu tərk edir.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Yaponiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, apreldə bu posta təyin olunan 63 yaşlı Nisinonun müqavilə müddəti iyulun sonunda başa çatır.
Yaponiya futbol üzrə dünya çempionatının 1/8 finalı çərçivəsində Belçika yığmasına 2:3 məğlub olaraq, mundialda iştirakını dayandırıb.
Bundan başqa, Kosta-Rika yığması da baş məşqçisiz qalıb.
Oskar Ramires 2015-ci ildən Kosta-Rika yığmasına baş məşqçilik edib. Komanda DÇ-2018-in qrup mərhələsində Braziliya (0:2) və Serbiya (0:1) kollektivlərinə məğlub olub, İsveçrə yığması ilə heç-heçə edib və qrupda sonuncu yeri tutub.
Mundial başlamazdan bir gün əvvəl İspaniya yığmasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. Çempionat zamanı Argentina və Misir yığmasının baş məşqçiləri Xorxe Sampaoli və Ektor Kuper də uğursuz çıxış səbəbindən postundan uzaqlaşdırılıb.