269dc34d-3b5c-4f83-8c38-0d25332d5793..jpg

DÇ-də het-trik edən ilk və tək türkiyəli futbolçu öldü

Baxış sayı: 512 dəfə baxılıb.

DÇ-də het-trik edən ilk və tək türkiyəli futbolçu öldü

Türkiyə futbolunun və “Fənərbağça”nın əfsanələrindən olan Burhan Sargın 93
yaşında vəfat edib.

O, Dünya çempionatında het-trik edən ilk və tək türkiyəli futbolçu olub.

“Canavar” ləqəbli Sargın milli komandası ilə 8 dəfə meydana çıxıb. O, 1954-cü
ildə İsveçrədəki DÇ-də Cənubi Koreyaya qarşı oyunda 3 top vurub.

Sargın futboldan ayrıldıqdan sonra vaxtilə formasını geyindiyi “Fənərbaxça”
klubunda menecer vəzifəsində çalışıb.

Mənbə: Haber Global

Source link