DÇ-nin ən yaxşı futboçusuna görə 750 milyon avro istənildi

Baxış sayı: 2. 621 dəfə baxılıb.

DÇ-nin ən yaxşı futboçusuna görə 750 milyon avro istənildi

Madrid “Real”ının prezidenti Florentino Peres xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin klubdan ayrılmasına dair şərti səsləndirib.

ÇıxışYolu.Com xəbər verir ki, bunun üçün 750 milyon avro ödənilməlidir.

Bu çıxış ilə Peres Modriçin “İnter”ə keçidinə dair şayilərə son qoyub.  

Modriç 2012-ci ildən “Real”ın şərəfini qoruyur.

Bu müddət ərzində xorvatiyalı klubla birlikdə bir çox turnirlərin qalibi olub.

Sonuncu dünya çempionatında isə Modriç Xorvatiya yığmasının heyətində gümüş medallara sahib çıxıb. Eyni zamanda o, turnirin ən yaxşı oyunçusu seçilib.

www.ÇıxışYolu.Com