c3b9881e-ed11-46aa-aff0-36db2675e063..jpg

De Bruyne uzun müddət yaşıl meydanlardan kənar qalacaq

Baxış sayı: 413 dəfə baxılıb.

De Bruyne uzun müddət yaşıl meydanlardan kənar qalacaq

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat tələb
edən zədəsi səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə İngiltərə komandasının baş məşqçisi Xosep Qvardiola İspaniya
“Sevilya”sı ilə UEFA Superkuboku matçı ərəfəsində jurnalistlərə açıqlama verib.

“Onun ciddi zədəsi var, əməliyyata ehtiyac duyur və bir neçə ay yaşıl
meydanlardan kənar qalacaq”, – deyən Qvardiola futbolçunun sağalmasının altı
aya qədər çəkə biləcəyini qeyd edib.

“Bu, böyük itkidir, çünki o, xüsusi keyfiyyətlərə malikdir”, – məşqçi əlavə
edib.

Xatırladaq ki, De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir.

Mənbə: TASS

Source link