185c857c-ba17-45b2-889b-83065aec055a..jpg

De Byazi Azərbaycan millisindən göndərilir? – AÇIQLAMA

Baxış sayı: 975 dəfə baxılıb.

De Byazi Azərbaycan millisindən göndərilir? – AÇIQLAMA

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində uğursuz startı yığmanın
çalışdırıcısı Canni De Byazinin fəaliyyətinin müzakirə edilməsinə səbəb olub.

Cixisyolu.com xəbər verir ki, bəzi KİV və sosial şəbəkələrdə Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasında (AFFA) ölkənin əsas komandasında mümkün baş
məşqçi dəyişikliyinin müzakirə olunduğu iddia edilir. Məlumata görə, federasiya
yaxın günlərdə italyan mütəxəssislə müqaviləyə ya qarşılıqlı razılıq əsasında
xitam verəcək, ya da o, təzminat ödənilməklə yola salınacaq. Hətta
çalışdırıcını yerli mütəxəssisin əvəzləyəcəyi də bildirilir.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün AFFA ilə əlaqə saxladıq. Assosiasiyanın
Mətbuat Xidmətinin rəhbəriFiruz Abdulla Cixisyolu.com saytına açıqlamasında yayılan
məlumatları təkzib edib.

“Baş məşqçinin təyinatı və ya vəzifəsindən uzaqlaşdırılması barədə qərar
İcraiyyə Komitəsi tərəfindən verilə bilər. Hazırda İK-nın iclası ilə bağlı hər
hansı xəbər yoxdur”, – deyə qurumun sözçüsü bildirib.

Azərbaycan millisi seçmə mərhələnin ilk turunda Avstriyaya 4:1, II turunda
İsveçə 5:0 hesabları ilə uduzub.

Faiq Tahirov

Source link