fafffb1b-ab58-41a3-af1e-093a986846c3..jpg

De Byazi iki cəzalı futbolçudan birini Belçikaya aparacaq

Baxış sayı: 482 dəfə baxılıb.

De Byazi iki cəzalı futbolçudan birini Belçikaya aparacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi iki cəzalı futbolçudan
birini AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçiriləcək səfər
oyununa aparacaq.

“Report”un məlumatına görə, ötən gün İsveçlə qarşılaşmada sarı vərəqə alaraq
cəzalı duruma düşən Ramil Şeydayev yığmanın düşərgəsində qalıb.

27 yaşlı hücumçu bu gün komanda ilə birlikdə Belçikaya yollanacaq. Karyerasını
Tailandın “Buriram Yunayted” klubunda davam etdirən Şeydayev çox güman ki,
həmin ölkəyə məhz oradan gedəcək. İsveçlə matçda qırmızı vərəqə alan müdafiəçi
Bəhlul Mustafazadə isə yığmanın düşərgəsini tərk edərək Bakıda qalıb.

Qeyd edək ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən
görüşdə İsveçi 3:0 hesabı ilə məğlub edib. Noyabrın 19-da Brüsseldə baş tutacaq
Belçika – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start
veriləcək.

Source link