5e933457-7795-4561-8df3-f9cf89063a9f..jpg

De Byazi: “Keyfiyyətli futbolçular baxımından bəzi problemlərimiz var”

Baxış sayı: 573 dəfə baxılıb.

De Byazi: “Keyfiyyətli futbolçular baxımından bəzi problemlərimiz var”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmadakı
işindən danışıb.

İtaliyalı mütəxəssis ölkə klublarında əcnəbi futbolçuların çox olmasından
gileylənib:

“Azərbaycan çempionatındakı klublarda əcnəbi futbolçular çoxdur. Bu isə
açıq-aydın millinin işinə kömək etmir. Biz çox inkişaf edirik. Amma aydındır
ki, keyfiyyətli, yüksəksəviyyəli futbolçular baxımından bəzi problemlərimiz
var”.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində oktyabrın
13-də Estoniyanın qonağı olacaq, üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

Mənbə: abcnews.al

Source link