8c30f33f-28ab-4e3a-a40e-a7403ffa9e2d..jpg

De Byazi səhvlərini düzəldir: Heyətdə dəyişikliklər olacaq

Baxış sayı: 999 dəfə baxılıb.

De Byazi səhvlərini düzəldir: Heyətdə dəyişikliklər olacaq

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçə qarşı
Avstriya matçı ilə müqayisədə dəyişikliklərlə başlayacaq.

Cixisyolu.com saytının əldə etdiyi məlumata görə, baş məşqçi Canni De Byazi ilk
görüşdəki səhvlərindən nəticə çıxarıb.

Bu dəfə o, qapıda gənc Yusif İmanovu “oda atmayacaq”. “Çərçivə” ya Emil
Balayevə, ya da Səlahət Ağayevə həvalə ediləcək. Güman ki, üstünlük Ağayevə
veriləcək.

Daha bir dəyişiklik müdafiənin mərkəzi ilə bağlı olacaq. Avstriya qarşısında
səhvlər edən Bəxtiyar Həsənalızadə bu dəfə startda başlamayacaq. Onu Anton
Krivotsyuk əvəzləyəcək.

Yarımmüdafiədə zədəli Eddi İsrafilovu kimin əvəzləyəvəyi taktiki seçimdən
asılı olacaq. Milli müdafiəni düşünsə, Elvin Camalov, hücum etmək istəsə, daha
yaradıcı Aleksey İsayev ilk “11-lik”də olacaq. Komandanın güclü rəqib
qarşısında əsasən qapının təhlükəsizliyini düşünəcəyi nəzərə alındıqda
Camalovun oynaması daha realdır.

Hücum xəttində isə dəyişiklik gözlənilmir.

Solnadakı “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan görüşü Bakı vaxtı
ilə 22:45-də start götürəcək.

Faiq Tahirov

Source link